Modern.az

Keçmiş məhkum polis məntəqəsində ÖLDÜ

Keçmiş məhkum polis məntəqəsində ÖLDÜ

Hadisə

10 Oktyabr 2022, 12:24

Paytaxtın Nərimanov Rayon Polis İdarəsinin inzibati saxlama məntəqəsində ölüm hadisəsi baş verib. 

 

DİN Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, məhkəmə qərarı ilə barəsində 30 sutka inzabati həbs tənbeh tədbiri tətbiq olunan, əvvəllər Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq), 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri 4 dəfə məhkum olunan, narkotik aludəçisi 1975-ci il təvəllüdlü Elşad Seyidovun qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılıb. Tibbi səylərə baxmayaraq, o ölüb. 

 

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlər, prokurorluq əməkdaşları meyitə baxış keçirib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.

 

Rəsmi məlumata görə, hazırda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?