Modern.az

Gəncə terroruna görə heç kim məsuliyyətə cəlb olunmayıb - XİN

Gəncə terroruna görə heç kim məsuliyyətə cəlb olunmayıb - XİN

Aktual

11 Oktyabr 2022, 10:04

Gəncə terrorunu törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tviter hesabında yazıb.

 

XİN rəsmisi bildirib ki, hərbi cinayətə görə Ermənistanda indiyədək heç kim məsuliyyətə cəlb olunmayıb: “Bu gün Azərbaycanın Gəncə şəhərinə Ermənistan silahlı qüvvələrinin 10 dinc sakinin ölümü, 40 nəfərin yaralanması ilə nəticələnən vəhşicəsinə hücumunun ikinci ildönümüdür”.

 

Qeyd edək ki, Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından iki il ötür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var