Modern.az

Tənqidçi: “Tarixi romanın ən yaxşı nümunəsini Çəmənzəminli yaradıb”

Tənqidçi: “Tarixi romanın ən yaxşı nümunəsini Çəmənzəminli yaradıb”

15 Aprel 2013, 11:35

Azərbaycan ədəbiyyatında yazılmış tarixi romanlar nədənsə çox zaman birmənalı qarşılanmayıb. Onları  ya tarixi gerçəklikləri təhrif etdiklərinə, ya da bədii cəhətdən zəif təsvirlərə görə qınanıblar. Bir romanda Şah İsmayıl obrazı başqa şəkildə,  digərində isə tamam başqa tərzdə  təsvir olunub. Eyni sözləri Nadir şah və Qacar obrazları haqqında da demək olar. Əbdürrəhim bəy Haqverdiyevin Qacarı ilə Səməd Vurğunun “Vaqif” pyesində yaratdığı Qacar obrazı tamam başqa insanlardır. Bu cür fərqliliklər romana eləcə də ədəbiyyata bir xələl gətirirmi?

  Sərdar Cəlaloğlunun Səməd Vurğun haqda qeydi bu mövzuya yenidən qayıtmağa səbəb yaratdı. Modern.az-ın başladığı yeni polemikada ilk olaraq filologiya elmləri doktoru, ədəbi tənqidçi Vaqif Yusifli danışdı.  

– Mən bu haqda mətbuatda çox çıxış etmişəm. Mənə doğma olan mövzu olduğuna görə həvəslə danışacağam. Ədəbiyyatda iki cür tarixi roman var. Bir var xroniki, yəni orda tam olaraq tarixi ardıcıllıq , tarixi faktlar sırf elmi şəkildə yəni gerçəkliyə uyğun əks olunur. Burada şəxsiyyətin keçdiyi yolu olduğu kimi, tarixə uyğun şəkildə yazırlar. Azərbaycan ədəbiyyatında bu cür romanlar çoxdur Xiyabani, Səttərxan və s. barədə bu cür romanlar var. Bu tərzdə yazılan tarixi romanların ən yaxşı nümunəsi isə Yusif Vəzir Çəmənzəminlinin Molla Pənah Vaqif haqqında yazdığı “Qan içində” (İki od arasında”) romanıdır.

Bir də var, bədii təxəyyülün gücü ilə yaranan romanlar. Burada tarixi şəxsiyyətlər də bədii təxəyyülün gücü ilə yaradılır. Elə olur ki, qəhrəman tarixdə heç bu cür deyil. Amma yazıçı onu ya müasir gözlə baxdığına görəmi, ya nəyəsə görə başqa formada təsvir edir. Bu zaman da fərqli baxışlar meydana gəlir. Burda da yazıçıları qınamaq olmaz. Çünki o fərqli baxışlarda o hansı dövrü təsvir edirsə, o dövrün mənzərəsi bizə daha maraqlı olmalıdır.

 

Elmin Nuri  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi