Oktyabrın 12-də Ukrayna üzrə Təmas Qrupunun altıncı iclası keçiriləcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, toplantı Belçikanın paytaxtı Brüsseldə baş tutacaq.
İclasda 50-dən çox dövlət nümayəndəsinin, o cümlədən ABŞ müdafiə naziri Lloyd Oustinin iştirakı gözlənilir. Məlumata görə, yaxın günlərdə həmçinin NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin görüşü də planlaşdırılıb.
Qeyd edək ki, təmas qrupunun sonuncu iclası bu ilin sentyabrın 8-də keçirilib.