Özbəkistan öz vətəndaşlarını Rusiyanın raket hücumlarından sonra Ukraynanı tərk etməyə və bu ölkəyə səfərdən çəkinməyə çağırıb.
Modern.az xəbər verir ki, rəsmi Daşkəndin müraciətini Kiyevdəki səfirlik yayıb.
“Cəbhələrdə vəziyyətin gərginləşməsi, eləcə də bütün Ukrayna ərazisində raket və artilleriya zərbələrinin davam etdirilməsi ehtimalının yüksək olmasını nəzərə alaraq, soydaşlarımızdan şəxsi təhlükəsizlikləri üçün ölkəni tərk etmələrini xahiş edirik”, – səfirliyin müraciətində qeyd olunub.