Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qərb Hərbi Dairəsinin poliqonlarında səfərbərliyə cəlb olunan şəxslərin hazırlığını yoxlayıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbçilərin hazırlığına özü şəxsən nəzarət edir. Məlumata görə, Şoyqu ehtiyatda olan hərbçilər üçün taktiki və atəş hazırlığı dərslərinin keçirilməsini də yoxlayıb.