Modern.az

Türkiyəli həkim Azərbaycanda klinika direktoru təyin edildi

Türkiyəli həkim Azərbaycanda klinika direktoru təyin edildi

Aktual

11 Oktyabr 2022, 13:50

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyinatı olub.

 

Modern.az xəbər verir ki, səhiyyə nazirinin əmri ilə türkiyəli mütəxəssis, Adnan Menderes Universiteti Tibb fakültəsinin təcili tibbi yardım kafedrasının dosenti Mücahit Avcil klinikanın direktoru təyin edilib.

 

Yeni direktoru səhiyyə nazirinin müavinləri İlqar Qasımov, Rasim İsmayılov və ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib.

 

Xatırladaq ki, bunadək klinikanın direktoru professor Surxay Hadıyev idi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır