Modern.az

Putinin məsləhətləşdiyi şaman Rusiya əsgərləri üçün dua etdi

Putinin məsləhətləşdiyi şaman Rusiya əsgərləri üçün dua etdi

Aktual

11 Oktyabr 2022, 14:02

Rusiyanın ali şamanı Kara-ool Dopçun-ool rusiyalı hərbçilərə dəstək üçün həyata keçirdikləri ümumi ayinə görə rus şamanlarına təşəkkür edib.
 

Modern.az xəbər verir ki, Kara-ool Dopçun-oolun sözləri ali şaman idarəsinin “VKontakte” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
 

"Bizim böyük vətənimiz Rusiyanın şamanları, hamınıza afərin. Çox lazımlı ayinlər yerinə yetirildi. Mən Rusiyanın bütün şamanlarına vətənimizin daha da möhkəmləndirilməsi, əsgərlərimizin uğur və firavanlıq içində, güllələrə və təhlükələrə qarşı toxunulmaz olması üçün göstərdikləri dəstəyə görə uğurlar arzulayıram”.


Məlumata görə, rusiyalı şamanların ümumi ayini oktyabrın 9-da Moskva vaxtı ilə səhər saat 9-da torpağın, xalqın və vətənin müdafiəsi, əsgərlərin ruhunu yüksəltmək və gücləndirmək, Rusiyanın bütün düşmənləri üzərində qələbəyə nail olmaq üçün keçirilib. Burada Vladivostok, Yekaterinburq, Kazan, Kemerovo, Krasnoyarsk, Sankt-Peterburq, Soçi, eləcə də Tuva və Xakasiyadan olan şamanlar iştirak ediblər.
 

Kara-ool Dopçun-ool 2018-ci ildə Şamanların birinci Ümumrusiya qurultayında Rusiyanın ali şamanı seçilib. O, əslən Tuvanın paytaxtı Kızıl şəhərindəndir.

Qeyri-rəsmi məlumata görə, Rusiya prezidenti Vladimir Putin bəzən hansısa məsələ ilə bağlı ali şaman Kara-ool Dopçun-oolla məsləhətləşir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır