Modern.az

Naftalanda şəhid Bəhruz Quliyevin xatirəsi anılıb

Naftalanda şəhid Bəhruz Quliyevin xatirəsi anılıb

Aktual

11 Oktyabr 2022, 14:42

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Bəhruz Quliyevin ikinci ildönümü keçirilib. Naftalan ŞİH başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri Şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Quliyev Bəhruz Firuz oğlu (ölümündən sonra) “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Qeyd edək ki, Bəhruz Quliyev 1990-cı il may ayının 9-da Naftalan şəhərində anadan olub. Ailəli idi, iki qız övladı bizlərə əmanət qalıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır