UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların siyahısı yenilənib.
Modern.az xəbər verir ki, ilk "10-luq"da Azərbaycan təmsilçisi "Qarabağ" da yer alıb.
Son 4 matçda qələbə qazanan "köhlən atlar" birinci pillədə göstərilib.
Siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub. "Köhlən atlar" keçirdiyi son 5 qarşılaşmanın 4-də qələbə qazanıb, 1-də isə məğlub olub.
Qeyd edək ki, "Qarabağ" oktyabrın 13-də Bakıda Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.