Modern.az

Putin BƏƏ prezidenti ilə görüşdü

Putin BƏƏ prezidenti ilə görüşdü

Aktual

11 Oktyabr 2022, 15:42

Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin-Zaid əl-Nahayan ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi yayıb.

 

Bildirilib ki, görüş Rusiyanın Sankt-Peterburq şəhərində baş tutub.

 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün təkbətək formatda keçdiyini söyləyib. Məlumata görə, BƏƏ prezidenti bir neçə gündür bu şəhərdədir.

 

Qeyd edək ki, oktyabrın 7-də Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin liderlərinin qeyri-rəsmi zirvə toplantısı keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır