Modern.az

Anasını öldürən 15 yaşlı oğlanla bağlı QƏRAR VERİLDİ

Anasını öldürən 15 yaşlı oğlanla bağlı QƏRAR VERİLDİ

Aktual

11 Oktyabr 2022, 15:44

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən 15 yaşlı yeniyetmə barədə qərar verilib.

 

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə yekun qərar elan olunub.

 

Müayinə zamanı oğlanın əqli durumunda problem olduğu müəyyənləşib. Buna görə də Respublika Psixiatriya Xəstəxanasına məcburi müalicəyə yerləşdirilməsi qərara alınıb.

 

Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Nizami rayonunda qeydə alınıb. Bakıda “Neftçilər” metrosunun yaxınlığında 1985-ci il təvəllüdlü S. Məhərrəmova oğlu, 2007-ci il təvəllüdlü şəxslə mübahisə edib. Nəticədə oğul anasını qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır