Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 94 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 şəxs vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 822 278 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 821 nəfər müalicə olunaraq sağalıb, 9931 nəfər vəfat edib, aktiv xəstə sayı 526 nəfərdir.
Son sutka ərzində 3313, hazırkı dövrədək isə 7 277 812 test aparılıb.
