Modern.az

Baytarlıq arayışı ilə bağlı rüsum ləğv edildi

Baytarlıq arayışı ilə bağlı rüsum ləğv edildi

11 Oktyabr 2022, 16:38

Baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumu ləğv edilir. 

 

Modern.az xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə layihədə öz əksini tapıb.

 

Qanun layihəsi sahibkarlığa dövlət dəstəyinin artırılması, istehlakçıların hüquqlarının qorunması, heyvan mənşəli məhsullarda kəskin qiymət artımının qarşısının alınması məqsədilə şəhər (rayon) ərazisində baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğv edilməsi ilə əlaqədar hazırlanıb.

 

İclasda baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğv edilməsinin sahibkarlığa dövlət dəstəyinin artırılması, istehlakçıların hüquqlarının qorunması, heyvan mənşəli məhsullarda kəskin qiymət artımının qarşısının alınması məqsədi daşıdığı nəzərə çatdırılıb.

 

Xatırladaq ki, hazırda qüvvədə olan qanuna görə, baytarlıq arayışının verilməsi (bir sənəd) üçün 5 manat dövlət rüsumu nəzərdə tutulub.

 

Qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul olunub. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır