Modern.az

Gəncə Dövlət Universitetinin kollektivi terror ərazisini ziyarət edib

Gəncə Dövlət Universitetinin kollektivi terror ərazisini ziyarət edib

11 Oktyabr 2022, 16:36

44 günlük Vətən Müharibəsi dövründə Gəncə şəhər Ələkbər bəy Rəfibəyli küçəsinin Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmasından iki il ötür.

 

Modern.az xəbər verir ki, bu münasibətlə keçirilən anım mərasimində Gəncə Dövlət Universitetinin prorektoru Şahin Xurşudov, rektorun baş müşaviri Asif Cavadov, o cümlədən ali məktəbin digər kollektivi də iştirak etmişlər. “Qələbə parkı”nın ətrafı, dağıntılara məruz qalan yaşayış binası ziyarət edilmiş, həyatını itirən sakinlərə hörmət və ehtiram nümayiş etdirilərək əraziyə gül dəstələri qoyulub.

 

Anım mərasimində bir daha xatırladılıb ki, 2020-ci il oktyarın 11-də, gecə ssatlarında Gəncə şəhəri 4-cü dəfə raket hücümuna məruz qalıb.

 

Düşmən raketlərdən istifadə edərək Gəncədə çoxmənzilli yaşayış binalarını hədəf seçib. Nəticədə Ələkbər bəy Rəfibəyli küçəsində yaşayan 10 dinc sakin hadisə qurbanı olmuş, 34 nəfər isə yaralanıb. Bununla yanaşı 10-dan artıq çoxmənzilli binaya ziyan dəyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır