Modern.az

Nazirlik “TikTok”la bağlı açıqlama yayacaq

Nazirlik “TikTok”la bağlı açıqlama yayacaq

11 Oktyabr 2022, 17:03

Azərbaycanda "TikTok" sosial şəbəkəsinə girişin bərpa olunması haqda rəsmi açıqlama veriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sözçüsü Vüsalə Səid "Facebook" hesabında yazıb.

 

Nazirlik rəsmisi bildirib ki, "TikTok"a girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar bu barədə ictimaiyyəti məlumatlandıracaq.

 

Qeyd edək ki, 14 sentyabr tarixində “TikTok” sosial şəbəkəsinə ölkə ərazisində giriş müvəqqəti olaraq məhdudlaşdırılmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır