Modern.az

“Xalqlarımızın dostluğu tarixin sınağından çıxıb” - Sadır Japarov 

“Xalqlarımızın dostluğu tarixin sınağından çıxıb” - Sadır Japarov 

11 Oktyabr 2022, 17:17

Qırğız və Azərbaycan xalqlarının dostluğu zamanın və tarixin sınağından çıxmış uzunmüddətli, etibarlı və səmimi münasibətlərə əsaslanır.

 

Modern.az xəbər verir ki, bu fikri Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasında söyləyib.

 

Prezident Sadır Japarov vurğulayıb ki, Azərbaycan Prezidentinin dövlət səfəri qardaş ölkələrimiz arasında əsl strateji tərəfdaşlıq münasibətlərini nümayiş etdirir.

 

“Ölkələrimiz bu il Dostluq və əməkdaşlıq haqqında Müqavilənin 25 illiyini qeyd edib. Üç aydan sonra ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olacaq. Biz bu tarixə yaxşı nəticələrlə yaxınlaşmışıq. Bizim əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”, - deyə Qırğızıstan Prezidenti bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır