Modern.az

Avropa İttifaqı Ermənistana mülki missiya göndərir - Qərar verildi

Avropa İttifaqı Ermənistana mülki missiya göndərir - Qərar verildi

11 Oktyabr 2022, 17:43

Avropa İttifaqına üzv ölkələrin səfirləri Ermənistana mülki missiya göndərmək barədə razılığa gəliblər. Müvafiq qərar Siyasət və Təhlükəsizlik Komissiyasının qapalı iclasında qəbul edilib.
 

Modern.az xəbər verir ki, “Azadlıq” radiosunun erməni xidmətinin (“Azatutyun”) məlumatına görə, missiya Azərbaycanla sərhəddə yerləşdiriləcək. Onun məqsədi etimad yaratmaq, eləcə də sərhədlərin delimitasiyası prosesini təşviq etməkdir.
 

“Hazırda icra detalları müzakirə olunur. Məsələn, Ermənistanda nə qədər nümayəndə olacaq, hansı ölkələrdən və nə vaxt gələcək?”, - radio qeyd edib.
 

“Buna baxmayaraq, missiyanın gələcəyi aydındır”, - Brüsseldəki diplomatik mənbə radioya bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır