Modern.az

Hulusi Akar Şoyqu ilə danışdı: Atəşkəs vacibdir

Hulusi Akar Şoyqu ilə danışdı: Atəşkəs vacibdir

11 Oktyabr 2022, 19:49

Türkiyənin milli müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefonla danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə tərəfi məlumat yayıb.

 

Tərəflər Ukrayna və Suriya başda olmaqla ikitərəfli və regional məsələləri müzakirə ediblər.

 

Hulusi Akar daha çox insan ölümünün qarşısının alınması, regionda sülh və sabitliyin bərqərar olması üçün atəşkəsin vacibliyini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır