Bu gün Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start verilib.
Modern.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında nəzərdə tutulan 8 görüşdən ikisi başa çatıb.
G qrupunda "Mançester Siti" səfərdə "Kopenhagen"lə heç-heçə edib - 0:0.
H qrupunda "Makkabi" evdə "Yuventus"a qalib gəlib - 2:0.
Qrupun digər görüşündə PSJ (Fransa) - "Benfika" (Portuqaliya) duelinin qalibi növbəti raunda vəsiqəni vaxtından əvvəl təmin edəcək.
F qrupunda "Real" Polşada Donetsk "Şaxtyor"unu məğlub etsə, 1/8 finala vəsiqə qazanacaq.
Bundan başqa, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu evdə Avstriya "Zalsburq"u ilə qarşılaşacaq. E qrupunun digər matçında "Çelsi" İtaliyada "Milan"ın qonağı olacaq.