Modern.az

Gövhər Baxşəliyeva "Nizaminin divanı"ndan danışdı: "Xahiş edirəm, ciddi olaq"

Gövhər Baxşəliyeva "Nizaminin divanı"ndan danışdı: "Xahiş edirəm, ciddi olaq"

15 Aprel 2013, 13:33


Filoloq Sənan İbrahimovun Nizaminin Azərbaycan dilində divanının tapılması haqda verdiyi məlumata elmi icmadan müsbət rəy gəlmir. Nizami Gəncəviyə aid olması iddia edilən divanla bağlı müzakirələrə Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnsitutunun direktoru, professor, millət vəkili Gövhər Baxşəliyeva da qatıldı. O, Modern.az-a verdiyi açıqlamada Sənan İbrahimovun əlyazmaya dair dəlillərini həqiqətə uyğun saymır:

  –Bir neçə il öncə Ədəbiyyat İnsititunda bu məsələ ilə bağlı komsissiya yaradıldı. Həmin komissiya birmənalı şəkildə o nəticəyə gəldi ki, divan Nizami qələminə məxsus deyil. Özüm o əlyazması ilə tanış deyiləm. Amma elmdə əsərin kimə məxsus olmasını müəyyən eymək üçün bir neçə üsul var. İlk növbədə dövrə fikir vermək lazımdır. Divanda mən bildiyimə görə, elə tarixi şəxsiyyətlərin adı çəkilib ki, onlar Nizamidən çox-çox sonra yaşayıblar. Deməli, burda birmənalı şəkildə divanın Nizamiyə aid olub-olmaması ilə bağlı sual aradan götürülür. Nizami öz dövründıən sonra yaşayan adamları necə təsvir edə bilərdi? İkincisi, hər bir şairin öz mövzu dairəsi, öz süjet xətti olur. Hər şairin öz leksikonu yəni, söz lüğəti, ən çox istifadə etdiyi sözlər, bədii təsvir vasitələri olur. Bunların hamısını bilən mütəxəssis çox asanlıqla əsərin hansı müəllifə məxsus olmasını aşkarlayır. Komissiyadakı mütəxəssislər də bütün bunlardan çıxış edərək divanın Nizami Gəncəviyə aid olmadığını təsdiqlədilər. Ola bilər ki, divanda Nizaminin adı gedir. Amma Nizami təkcə Gəncəli Şeyx Nizami deyil ki. Şərqdə Nizami imzası ilə yazan onlarla şair olub. Belə faktorlaardan da istifadə edən qeyri-mütəxəssislər divanın Nizamiyə aid olmasını bildirirlər. Xahiş edirəm, bir qədər ciddi olub bu məsələyə peşəkarcasına yanaşaq.  
Elmin Nuri
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi