Dahi rus şairi Aleksandr Puşkinin Kiyev şəhərinin mərkəzində yerləşən büstü sökülüb.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın "Strana" nəşri məlumat yayıb.
"Dekommunizasiya. Ukrayna" layihəsinin həmtəsisçisi Vadim Pozdnyakov Puşkini "Rusiya dünyasının simvolu" adlandırıb və büstün sökülməsinin may ayında həlak olan ukraynalı leytenant Denis Antipovun şərəfinə həyata keçirildiyini bildirib.
Pozdnyakovun sözlərinə görə, Kiyevdə Puşkinə həsr olunmuş daha səkkiz obyekt, o cümlədən xatirə lövhəsi və büstlər var.