Modern.az

MMA döyüşçümüzün debütü uğurlu alındı - FOTO

MMA döyüşçümüzün debütü uğurlu alındı - FOTO

12 Oktyabr 2022, 08:42

Azərbaycanın MMA döyüşçüsü Röyal Leylizadənin Qazaxıstanın Octagon Liqasında debütü uğurlu alınıb.

 

Modern.az xəbər verir ki, Azərbaycanın “ASED Fighting Championship” (AFC ASED) Liqasının “Contender” seriyasının döyüşçüsü R.Leylizadə Asiyanın “Top-3”, Qazaxıstanın isə ən nüfuzlu liqasında yerli idmançı Aktore Batırbek ilə qarşılaşıb.

 

57 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz rəqibini məğlub edərək Octagon Liqasına uğurla start verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır