Gürcüstanın qərbində Kutaisi yaxınlığında yerləşən məşhur Gelati monastırında yanğın olub.
Modern.az xəbər verir ki, məbəd kompleksinin ikinci əsas binası yanaraq yararsız hala düşüb.
Orta əsrlərə aid olan Gelati məbədində bir sıra tarixi abidələr, o cümlədən məşhur Gəncə qapılarının bir hissəsi saxlanılır.
Məbədin ərazisində Gelati Akademiyası və gürcü çarı David Aqmaşenebelinin qəbiri yerləşir. Kompleks unikal freskaları, eləcə də Qafqazın ən zəngin Bizans üslublu mozaikaları ilə tanınır.
Qeyd edək ki, Gelati monastır kompleksi 1994-cü ildən UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.