Modern.az

Komandir məktəblini maşınla vurub öldürdü

Komandir məktəblini maşınla vurub öldürdü

12 Oktyabr 2022, 09:40

Ağstafada avtomobillə 16 yaşlı oğlanı vurub öldürən şəxs hərbi hissə komandiri imiş.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 18 radələrində Ağstafa-Sadıxlı yolunun 8-ci kilometrliyində - Poylu kəndində B.Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurduğu 2006-ci il təvəllüdlü Nəsib Rauf oğlu Orucov tibbi müdaxiləyə baxmayaraq dünyasını dəyişib.

 

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində cinayət işi açılıb.

 

Qəzanı törədən B.Məmmədovun N saylı hərbi hissənin komandiri olması məlum olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır