Modern.az

Azərbaycan gəncləri ABŞ Dövlət Departamentinin hesabatına etiraz edib

Azərbaycan gəncləri ABŞ Dövlət Departamentinin hesabatına etiraz edib

16 Mart 2010, 16:06

“Demokratik İslahatçı Gənclər”  İctimai Birliyi ABŞ Dövlət Departamentinin 2009-cu il üçün Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatına etiraz əlaməti olaraq bəyanat verib. 

“Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin sədri

Vüsalə Hüseynovanın Modern.az-a göndərdiyi bəyanatda bildirilib ki, sözügedən hesabat Azərbaycan gənclərində dərin narahatlıq və hiddət doğurub: “Biz ölkə gəncləri hesabatda yer alan məlumatları  qəti şəkildə pisləyir və  öz etirazımızı bildiririk”.

İctimai Birlik hesab edir ki, ABŞ Dövlət Departamentinin hesabatı dünyaya demokratiya ixrac edən bir ölkənin qərarlarının və müşahidələrinin nə dərəcədə obyektiv olmasını şübhə altına almış oldu. “Maraqlidir, bu gün dünyanın  bir cox ölkələrində  demokratiyanın inkişafına dəstək adı altında intriqalar yaradaraq bunu inkişaf etdirən Amerika dövləti görəsən öz ölkəsində və başqa dövlətlərdə haqları tapdanan insanların hüquqlarının müdafiəsi barədə niyə heç bir addım atmır? Hazırda yaşadıqları ərazinin əsl sahibləri olan hinduların hüquqlarının hansı səbəbdən tapdanması, İraqda, Əfqanıstanda  hər gün həlak olan insanların hüquqlarının hansı səbəbdən pozulması barədə heç bir açıqlama vermir?”,-deyə bəyanarda vurğulanıb.        

“Demokratik İslahatçı Gənclər” Azərbaycan ərazilərinin 20 faizinin erməni separatçıları tərəfindən  işğal altında saxlanılmasını bilməsinə rəğmən, ABŞın hələ də hüquqları tapdanmış 1 milyondan artıq insanın hüquqlarının müdafiəsi ilə bağlı Ermənistana qarşı heç bir sərt mövqe nümayiş etdirməməsindən təəsüflənir: “Yaxın tarixdə baş verənlərə seyrici mövqeyi nümayiş etdirən Birləşmiş Ştatlar 1915-ci ildə baş verməsi ermənilər tərəfindən iddia olunan, həqiqəti əks etdirməyən hadisələrə münasibət bildirməklə proseslərə hansı şəkilkdə yanaşdığını bir daha sərgiləmiş oldu”.

Rəsmi Vaşinqtonin Azərbaycanla bağlı açıqladığı hesabatında qərəzli və ziddiyyətli mövqe nümayiş etdirdiyini vurğulayan “Demokratik İslahatçı Gənclər” İB bəyan edib ki, sənəddə qeyd olunan yalnış informasiyaların yayılması Azərbaycan və ABŞ arasında olan yaxın diplomatik əlaqələrə və bir sıra mühüm sahələrdəki əməkdaşlığa xələl gətirə bilər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?