Modern.az

Cahangir Məmmədli: “İTV-nin yeni sədri aprelin 20-dən sonra seçiləcək”

Cahangir Məmmədli: “İTV-nin yeni sədri aprelin 20-dən sonra seçiləcək”

16 Aprel 2013, 14:30


Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin müəyyənləşdirilməsi məqsədi ilə aprelin 4-də yeni müsabiqə elan edib. Baş direktor vəzifəsinə yeni namizədlərin sənədləri 19 aprel 2013-cü il tarixinədək qəbul ediləcək

“Aprelin 20-dən sonra İctimai Televiziya baş direktorunun seçkisi ilə bağlı prosedur olacaq”. Bunu Modern.az saytına İctimai Televiziya və Radio Yayım Şurasının sədri Cahangir Məmmədli deyib. Onun sözlərinə görə, baş direktorun seçkisi Yayım Şurasının 3 üzvü seçildikdən sonra keçiriləcək.

İdman federasiyasından iki, dini konsepsiyalardan iki, yaradıcı təşkilatlardan 3 nəfərin namizədliyi Yayım Şurası üzvlüyünə irəli sürüb. Bu namizədlər Milli Məclisin Mədəniyyət komitəsində müzakirədən keçib, siyahı səsvermə ilə Milli Məclisdə təsdiqlənməlidir.
Aprelin 19-da 7 namizəddən 3 nəfər seçiləcək və Yayım Şurasına üzv olacaq. Və onlar seçiləndən sonra Yayım Şurası tam formalaşacaq”.

Yayım Şurasının sədri bildirib ki, hazırda onda baş direktor vəzifəsinə verilən namizədlərin sayı və kimliyi ilə bağlı informasiya yoxdur.

“Buna ayın 19-da baxarıq görək kimlər namizədliyini verib və ya namizədliyi verilənlərin sayı nə qədərdir. Namizədlər müəyyənləşəndən sonra onlar Yayım Şurasında müzakirə olunacaq, səsverməyə çıxarılacaq”.  

Şahanə Rəhimli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir