Modern.az

Qarabağ əlilləri nazirə “Millenium” şirkətindən şikayətlənib

Qarabağ əlilləri nazirə “Millenium” şirkətindən şikayətlənib

Aktual

16 Aprel 2013, 15:48

“Nazirlik əlillərin etirazlarını nəzərə alaraq “Millenium” şirkəti ilə müqaviləni ləğv edəcək”. Bu barədə Modern.az-a birinci qrup Qarabağ əlili İlham Məhərrəmov məlumat verib. Onun sözlərinə görə, bir qrup əlil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatı rəhbəri  Elnur Kələntərli ilə görüşüb. Nazirlik rəsmisi ilə görüşə səbəb “Milenium ”turizm şirkətindən olan etirazları çatdırmaq olub. “Bu şirkət əlillərin müalicə və istirahət hüquqları pozur. Əvvəllər birbaşa reyslə bizi Krıma müalicəyə göndərirdilər. İndi isə nədənsə Krıma Bakı-İstanbul reysi vasitəsi ilə aparılırıq. Bu haqda nazirə məlumat vermək istədik ki, xəbəri olsun və həmin adamları cəzalandırsın. İstanbul vasitəsi ilə aparıb gətirəndə bizə çox əziyyət olur. Oturmaqdan hamıda yataq yarası əmələ gəlir. İki illə qədər çox rahat gedib gəlirdik. İndi guya tender keçirdiblər, “Millenium” turizm şirkəti qalib gəlib və bizi aparmaq onlara tapşırılıb. Amma şirkətin məqsədi satılmayan biletlərin vasitəsi əlilləri təyyarələrə doldurmaq və dövlət vəsaitini bu yolla mənimsəməkdir. Halbuki bizi qiymətləri ondan da ucuz “Azərbaycan hava Yolları” QSC-nin reysləri ilə də birbaşa Krıma apara bilərlər”.

İ. Məhərrəmovun sözlərinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatı rəhbəri ilə görüşdən sonra nazirlikdə söz veriblər ki, avqust ayından birbaşa Bakı-Simferopol reysi işə düşəcək. “Son nəticəni mayın 4, ya da 5-də nazir Füzuli Ələkbərovla görüşümüzdən sonra biləcəyik”.

 

 

Şahanə Rəhimli  
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!