Modern.az

Bir alimlə qəzetçi Həmid Herisçini topa tutdular

Bir alimlə qəzetçi Həmid Herisçini topa tutdular

16 Aprel 2013, 16:09


Modern.az-a verdiyi açıqlamada Həmid Herisçi Mirzə Cəlili plagiatda günahlandırmışdı. O, “Ölülər”in Moris Meterlinkin “Müqədds İorgenin zühuru” adlı pyesindən köçürüldüyünü iddia etmişdi. Bakı Dövlət Universitetinin dosenti, XX əsr Azərbaycan ədəbiyyatının, eləcə də Cəlil Məmmədquluzadə şəxsiyyətinin araşdırmaçısı olan Jalə Hüseynova və 2 cildlik “Azərbaycan mətbuat tarixi” dərsliyinin müəllifi, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bu iddianı qətiyyətlə təkzib etdilər.

Jalə Hüseynova: “Cəlil Məmmədquluzadədə plagiatlıq heç vaxt ola bilməzdi. Biz əvvəlcə Mirzə Cəlili öyrənməzdən qabaq Qoqolu, Çexovu və digər yazıçıları öyrənməliyik. Onların arasında mövzu yaxınlığı ola bilər. Burada plagiatlıqdan söhbət gedə bilməz. Mirzə Cəlilin istər nəsri, istər dranaturgiyası istərsə də publisitikası sırf Azərbaycan mühitini əks etdirir. O, dünya ədəbiyyatından sadəcə olaraq mövzunu götürüb onu Azərbaycan reallığına uyğun işləyə bilər. Mirzə Cəlil barədə plagiatlıqdan danışmaq absurd məsələdir. Onun hansı felyotonu köçürülmə ola bilərdi ki? Bütün felyetonlarında Azərbaycan reallıqları var. Onalar sırf bizim məişətimizə aiddir. Rus məişəti ilə bizim məişət istər indi olsun, istərsə də əvvəl, tamam fərqli bir anlayış olublar. Tutaq ki, onlar Azərabaycan dilinin təmizliyi uğrunda, qadın azadlığı uğrunda mübarizə aparıblar. Onda burada ruslardan necə köçürülmə ola bilər? Rus Azərbaycan dili uğrunda mübarizəni necə yaza bilərdi? Bir karikaturanın məzmununa baxaq. Orda bir Azərbaycanlıya zorla əcnəbi dilləri qəbul etdirmək istəyirlər. Şəklin aşağısında onun dilindən yazı kimi verilib ki, “Axı mən sizin aranızda dünayaya gəlməmişəm,  bu dilləri mənə niyə zorla qəbul etdirmək istəyirsiz?“  Burda hansı plagiatlıqdan söhbət gedə bilər? Bu, Həmid Herisçinin subyektiv fikirləridir”.

 

Akif Aşırlı: “Həmid Herisçinin düşüncələri tamamilə səhvdir. O düşüncələr fakta əsaslansa daha yaxşı olar. Həmid Herisci fakta əsaslanmır. Əvvəllər “Molla Nəsrəddin” haqqında da bu cür söhbətlər gedirdi. Deyirdilər ki, guya “Molla Nəsrəddin” Rusiayada çıxan məzhəkə jurnalı “Kukareku”nun plagiatıdır. Belə iddia vardı ki, o jurnal çıxandan sonra “Molla Nəsrəddin” nəşrə başlayıb. Əslində Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin”ə qədər bir neçə dəfə qəzet açmaq üçün Qafqaz canişinliyinə müraciət etmişdi. Hətta “Tiflis” və “Novruz” adında qəzetlərin çapı üçün etdiyi müraciətlərinə cavab verilməmişdi. “Molla Nəsrəddin” jurnalında konkret olaraq heç bir plagiatlıq yoxdur. Həmid Herisci pirlərlə baqlı veriliş hazırlayır. Mistika ilə məşğuldur...”

 


Elmin Nuri  
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir