Modern.az

AFFA üç klubu ümumən 5 min manat cərimələdi

AFFA üç klubu ümumən 5 min manat cərimələdi

16 Aprel 2013, 16:20

Bu gün AFFA-nın intizam komitəsinin iclası baş tutdu. Aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 26 turunun oyunları ilə bağlı qərarlar qəbul olunub. “Qəbələ”-“Bakı” matçında “Qəbələ”nin – 6, “Bakı”nın – 4 futbolçusu sarı vərəqə aldıqları üçün hər iki klub 1000 manat cərimə olunub. Oyunun 1 və 29 dəqiqələrində “Qəbələ”nin azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub əlavə 1000 manat da cərimə ödəyəcək. 

“Simurq”-“Neftçi” matçının 90+3-cü dəqiqəsində “Simurq”un azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün bu klub 2000 manat cərimə olunub.

 

Abbas Quliyev  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir