Modern.az

İdmançılarımız Sloveniyaya yollandılar

İdmançılarımız Sloveniyaya yollandılar

Aktual

16 Oktyabr 2022, 14:19

Azərbaycanın stolüstü tennisçiləri Sloveniyanın Otocec şəhərində təşkil olunan “Eurotalents selection camp”da iştirak edəcəklər.

 

Federasiyadan Modern.az-a verilən məlumata görə, istedadlı idmançıların seçim xarakterli final toplanışında millinin baş məşqçisi Mixail Timofeyevlə məşqçi Elnur Hidayətzadənin rəhbərliyi altında Onur Quluzadə, Yağmur Məmmədli və Xədicə Eylazova bacarığını göstərəcək.

 

Etimadı doğruldan idmançılar Avropanın ən istedadlı tennisçiləri sırasında yer alaraq, beynəlxalq federasiyanın növbəti toplanışlarına qatılmaq hüququ qazanacaqlar.

 

Qeyd edək ki, sabah start veriləcək toplanışa oktyabrın 23-də yekun vurulacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Sabiq deputat niyə vəfat etdi? SƏBƏB BU İMİŞ