İranda Evin həbsxanasında ölənlərin sayı açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı 4 məhbus tüstüdən zəhərlənərək ölüb, 61 nəfər xəsarət alıb, onlardan 51-i xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, dünən axşam saatlarında İranın paytaxtı Tehranda yerləşən Evin həbsxanasında yanğın olub.