Arxiv
16 mart 2010, 16:40 | MEDİA
Qalib jurnalistlərin yazıları: "Palitra" qəzeti

Martın 15-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazılarının mükafatlandırılması müsabiqəsinin nəticələrini elan edib. 49 yazıdan 15-i yüksək bal topladığına görə qalib elan edilib. Modern.az- KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun razılığı ilə qaliblərin yazılarını təqdim edir. Əlimərdan Sultanov “Palitra” qəzeti İKT sahəsində həyata keçirilən tədbirlər biliklərə əsaslanan iqtisadiyyatın qurulmasını təmin edəcək

Ölkəmizdə gələcək inkişafa istiqamətlənən, elm və texnologiyaların inkişafını şərtləndirən, hər bir sahənin tərəqqisinə yönələn və eyni zamanda sosial həyatda hər bir şəxsin rifahına xidmət edən daxili və xarici siyasi kurs həyata keçirilir. Aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmizdə biliklərə əsaslanan iqtisadiyyat qurulur. Aparılan siyasətin tərkib hissəsi kimi son illər Azərbaycanda rabitə və informasiya texnologiyaları sektorunun inkişafı da geniş vüsət alıb.  Qeyd edək ki, ölkəmizdə rabitə sektoru nun inkişaf strategiyasının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi vaxtlardan - ötən əsrin 60-cı illərindən bu sahəyə diqqət yetirib və İKT sektorunun bugünkü inkişafının təməlini qoyub. Bu gün regionda söz sahibi olan və ilbəil öz iqtisadi potensialını artıran Azərbaycan informasiya və kommunikasiya texnologiyaları sektorunun inkişafı üçün böyük sərmayələr yatırır və yeni-yeni investisiyalar cəlb edir.Qeyd edək ki, Azərbaycanın müstəqilliyinin ilk illərində xalqın istəyi ilə hakimiyyətə yenidən qayıdan ümummilli lider Heydər Əliyev ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı üçün bir çox işlər gördü. Bu işlər içərisində həmin dövr üçün ən mühüm olanı elə 1993-cü ildə  Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk-rabitə sisteminin açılışı oldu. Ümumiyyətlə, Azərbaycanda İKT-nin inkişaf göstəricilərinə və xüsusilə də dövrlərə baxsaq, İKT-nin ölkəmizdə inkişafını 3 mərhələyə ayıra bilərik. Birinci mərhələ ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr (1969-1982), ikinci mərhələ müstəqillik illərində ulu öndərin fəaliyyəti və nəhayət, üçüncü mərhələ Prezident İlham Əliyevin ölkəmizdə İKT sektorunda gördüyü işlər. Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin  İKT sektoruna verdiyi önəm də çox böyük idi. O bildirirdi: "Telekommunikasiya, rabitə, əlaqə böyük əhəmiyyətə malik olan bir sektordur. Bu sektorda bizim nailiyyətlərimiz Azərbaycanın iqtisadi əlaqələrini, insani əlaqələrini, bütün dünya ölkələri ilə əlaqələrini və bütün Azərbaycan Respublikasının həyata keçirəcəyi siyasəti dünya miqyasında bildirməsi üçün çox əhəmiyyətlidir."Qeyd edək ki, üçüncü dövr 2003-cü ildə İlham Əliyevin prezident seçilməsi ilə başlandı və bu dövrdə böyük işlər görüldü. Bununla da Azərbaycanın inkişafında yeni bir mərhələ - iqtisadiyyatımızın və İKT-nin inkişafının sürətləndirilməsi dövrü başlandı.Qeyd edək ki, Cənubi Qafqazda Azərbaycan ilk olaraq informasiya cəmiyyəti quruculuğu prosesinə başladı və yaxın illər üçün Milli Strategiya müəyyənləşdirildi.

İKT-nin ümumdaxili məhsuldakı payı getdikcə artmaq üzrədir

Qeyd edək ki, bu gün Azərbaycan regionda və eləcə də bütün dünyada əsas neft-qaz istehsalçısı kimi göstərilsə də, qeyri-neft sektorunun inkişaf etdirilməsi və qeyri-neft sektorunun payının ÜDM-də artırılması əsas prioritet məsələdir. Bu gün aparılan daxili və xarici siyasət və iqtisadi islahatlar nəticəsində qeyri-neft sektoru daha da inkişaf etdirilməkdədir. Bunun nəticəsidir ki, elə İKT-nin ümumdaxili məhsuldakı payı getdikcə artmaq üzrədir. Dediklərimizi real rəqəmlərlə sübut etmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin verdiyi məlumata diqqət yetirməliyik. Belə ki, 2009-cu il ərzində İKT və poçt sektorunda əldə olunan gəlirlərin həcmi əvvəlki illə müqayisədə 13,6% artaraq 1081,2 milyon manat təşkil edib. 2008-ci illə müqayisədə artım tempi İKT sektorunda 13,7%, o cümlədən telekommunikasiya sektoru üzrə 15,4%, poçt sektorunda isə 5,6% təşkil edib. Müqayisə üçün bildirək ki, bu artım tempi ilə ölkəmiz dünya üzrə İKT-nin 2009-cu ildəki 6,5%-lik artım tempini 2 dəfə qabaqlayıb. Ümumilikdə isə ötən son 5 il ərzində bu sektorda əldə olunan gəlirlərin orta illik artım tempi 32-35% təşkil edib. 2009-cu ildə ölkə üzrə ÜDM-nin həcmi 34 578,7 mln. manat olub və 2008-ci illə müqayisədə real artım tempi 9,3% təşkil edib. İKT və poçt sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı ötən illə müqayisədə 1,6%-dən 2%-ə yüksəlib. 2009-cu il ərzində qeyri-neft sektoru üzrə ÜDM-nin həcmi 15 683,2 mln. manat, real artım tempi isə 3,2% təşkil edib. 

IKT sahəsində həyata keçirilən siyasət praktiki nəticələrini göstərir

 Qeyd edək ki, dünya iqtisadi böhranının dünya ölkələrini silkələdiyi bir vaxtda belə bir artım tempi ilə Azərbaycan dünya üzrə İKT-nin 2009-cu ildəki artım tempini 2 dəfə qabaqlaya bilib.Ölkəmizdə digər sahələrdə olduğu kimi, bu gün Rabitə və İnformasiya Texnologiyaları sektorunun dünya standartlarına cavab verməsi üçün də bir çox addımlar atılır. Məsələn, təkcə 2009-cu ildə ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi istiqamətində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 47,1 mln. manat investisiya qoyuluşları həyata keçirilib ki, bu da ötən illə müqayisədə 6.3 mln. manat çoxdur. Bu gün ölkəmizdə İKT sahəsində həyata keçirilən tədbirlər nəticəsində təkcə 2009-cu ildə əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 12 ədədə, internet istifadəçilərinin sayı 41-ə bərabər olub. İKT-nin ölkəmizdə inkişaf göstəricilərindən danışarkən burada internetin inkişafı üçün həyata keçirilən tədbirləri də qeyd etməliyik. Ümumilikdə İKT-nin əsas hissələrindən biri hesab olunan va bu gün dünyada daha da inkişaf edən internet infrastrukturunun 2009-cu böhran ilində ölkəmizdə inkişafı daha da artdı və qeyd etmək lazımdır ki, ölkəmizdə internet şəbəkəsinin qlobal şəbəkəyə qoşulma sürəti 25 faiz artdı. Həyata keçirilən digər tədbirlər nəticəsində isə ölkəmizdə internet tariflərinin aşağı salınması istiqamətində addımlar atıldı və qiymətlər 5 dəfə aşağı düşdü. Aparılmış qiymət dəyişikliyi nəticəsində ADSL qoşulma tarifləri 6-9 dəfə aşağı salınıb ki, bu da ölkəmizdə internetin qiymətlərinin region ölkələri ilə müqayisədə xeyli aşağı düşməsinə gətirib çıxarıb. Beləliklə də ölkədə ADSL qoşulmalarının sayı il ərzində təxminən 3 dəfə artıb, yəni 17 mindən 48 minə çatdırılıb.

İKT-nin inkişaf səviyyəsinə görə ölkəmiz MDB məkanında ən qabaqcıl yerdədir

 Qeyd edək ki, İKT-nin inkişafı ölkə Prezidentinin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev bununla əlaqədar olaraq dəfələrlə bəyan edib ki, dünyada sürətlə inkişaf edən informasiya texnologiyaları sahəsində biz hər zaman bir addım öndə olmalıyıq, rəqibləri də, zamanı da qabaqlamalıyıq. İKT-nin ölkəmizdə inkişaf edən bir sahə olduğunu nüfuzlu təşkilatlar da bildirirlər. Məsələn, Dünya İqtisadi Forumu Azərbaycanı informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində çox yüksək qiymətləndirib və bu gün ölkəmiz MDB məkanında ən qabaqcıl yerdədir. Aparılan rasional siyasətin nəticəsində artıq kosmik sənaye də inkişaf etməkdədir. Azərbaycanda kosmik sənayenin yaradılması son illər ərzində görülən əməli işlərin məntiqi nəticəsidir. Prezidentin də bildirdiyi kimi, biz daim bu məsələdə irəliyə baxmalıyıq: "Bu gün əldə edilmiş nailiyyət sabah daha da böyük addımın atılması üçün əsas olmalıdır. Bu sahə dünyada çox sürətlə inkişaf edir. Biz bütün aparıcı beynəlxalq şirkətlərlə bu sahədə səmərəli əməkdaşlıq edirik. Bu sahənin çox böyük gələcəyi vardır". Qeyd edək ki, kosmik sənayenin inkişafı ilə bağlı olaraq ən vacib məqamlardan biri bu sahədə qabaqcıl texnologiyaların istifadə edilməsi və buna müvafiq olaraq da proqramların qəbuludur. Bununla əlaqədar olaraq artıq kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması barədə müvafiq sərəncama uyğun olaraq "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" qəbul edilib.  Bu sahədə bəzi addımlar atılıb. Məsələn, peykin orbitə çıxarılma vaxtının yeni tarixi olaraq 2012-ci ilin iyun ayı planlaşdırılıb. Qeyd edək ki, artıq Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən Azərbaycana ölkədaxili istifadə üçün iki, beynəlxalq istifadə üçün isə bir orbital mövqe verilib. Eyni zamanda ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə bağlı keçirilmiş tenderin nəticəsində ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti qalıb gəlib.  Hazırda ABŞ-ın "Orbital Sciences Corporation" və Malayziya hökumətinə məxsus "Measat Satellite Systems" şirkəti tərəfindən birgə istifadə üçün təklif olunan 46ĞŞ orbital mövqedən istifadənin tənzimlənməsi məqsədilə "Measat Satellite Systems" şirkəti ilə müqavilənin bağlanılması istiqamətində yekun danışıqlar aparılır.

İKT üzrə ixtisaslı kadr hazırlığı məsələsinə xüsusi diqqət yetirilir

Ölkəmizdə İKT sahəsində uğurla həyata keçirilən dövlət siyasəti dünyanın aparıcı İKT şirkətlərinin Azərbaycana böyük marağına səbəb olur. Bu gün ölkəmizdə İKT sektorunun gələcəyi üçün insan resurslarının inkişafı da zəruri şərt kimi qiymətləndirilir. Hazırda İKT üzrə ixtisaslı kadr hazırlığı məqsədilə dünyanın bir neçə tanınmış informasiya texnologiyaları universiteti ilə əlaqələr qurulur və bu ali məktəblərə tələbələr göndərilir. Məsələn, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin verdiyi məlumata əsasən, RİTN ilə İsveç Krallığı Geteborq İT Universiteti arasında müasir İKT ixtisasları üzrə magistr hazırlığı sahəsində əməkdaşlıq çərçivəsində 2009-cu ildən Qafqaz Universitetində kompyuter elmləri ixtisası üzrə İsveç proqramı əsasında magistr hazırlığına başlanıb. Artıq 3 nəfər qeyd olunan ixtisas üzrə müsabiqə şərtlərini ödəyərək magistr adını qazanıb.Artıq ölkəmizdə informasiya cəmiyyətinin inkişafı, İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin artırılması istiqamətində də ardıcıl işlər görülür. Məsələn, bu məqsədlə ölkədə kompyuterlərin kütləvi yayımını nəzərdə tutan "Xalq kompyuteri" layihəsinin reallaşmasına start verilib. Xarici və yerli şirkətlərlə Azərbaycan hökumətinin birgə reallaşdırdığı bu layihədə ölkəmizin də istehsal potensialından istifadə edilərək güzəştli şərtlərlə kompyuterlərin satışı nəzərdə tutulur. "2005-2008-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" icrası başa çatdırılıb və "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2009-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" layihəsinin hazırlanması təmin edilib. Bu gün ölkəmizdə yüksək texnoloji tutumlu və yüksək rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolu genişlənmək üzrədir.  Qeyd edək ki, bu tip infrastrukturun modernləşdirilməsi, sahə üzrə iqtisadi-təşkilati islahatların aparılması gələcəkdə Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ürəyi altı saat dayanan qadın xilas edildi 6 Dekabr 2019, 22:27 Bakıda bu işçilərin maaşları artıb 6 Dekabr 2019, 22:13 Türkiyədə əhali küçələrə axışdı 6 Dekabr 2019, 21:56 Cəlilabadda 19 yaşlı gənc küt alətlə döyüldü 6 Dekabr 2019, 21:39 ABŞ-da hərbi bazada atışma: 4 ölü 6 Dekabr 2019, 21:24 Qızılcadan ölənlərin sayı 140 minə çatdı 6 Dekabr 2019, 21:10 “Qarabağ” xal itirdi 6 Dekabr 2019, 20:51 F-35-ləri ala bilməsək... 6 Dekabr 2019, 20:37 Deputat Yevda Abramov vəfat etdi 6 Dekabr 2019, 20:24 Azərbaycanla  Gürcüstan arasında humanitar əməkdaşlıq  müzakirə olundu 6 Dekabr 2019, 20:17 Dünyada  ilin ən yaxşı hava limanı 6 Dekabr 2019, 20:03 Leriklilər ağacəkmə kampaniyasında fəal iştirak ediblər - FOTO 6 Dekabr 2019, 19:40 “Tufan“ adlı solo konserti keçirilib - FOTO 6 Dekabr 2019, 19:29 Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb 6 Dekabr 2019, 19:18 Xaçmazda minik maşını ilə yük maşını toqquşub, ölənlər var 6 Dekabr 2019, 19:09 Azərbaycan gündəlik neft hasilatını 7 min barrel azaldacaq   6 Dekabr 2019, 19:00 AFFA “Qəbələ”yə maddi yardım edəcək? 6 Dekabr 2019, 18:50 Hesablama Palatasının Təlim Mərkəzi açılıb 6 Dekabr 2019, 18:40 “Cahana sığmayan şair” adlı tədbir keçirilib - FOTO 6 Dekabr 2019, 18:29 AzMİU ilə “PMD Projects” arasında müqavilə imzalanıb - FOTO 6 Dekabr 2019, 18:23 Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu 6 Dekabr 2019, 18:17 Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib 6 Dekabr 2019, 18:17 Rüstəm Xəlilov icra başçısı kimi sakinlərlə ilk görüşünü keçirib - FOTO 6 Dekabr 2019, 18:10 Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqlarla görüşdülər 6 Dekabr 2019, 18:02 “Parlament siyasət meydanıdır” - Sədr müavini  6 Dekabr 2019, 17:57 Manatın üçgünlük məzənnəsi açıqlanıb 6 Dekabr 2019, 17:56 Dövlət Gömrük Komitəsi “Elektron növbə” layihəsinin tətbiqinə başladı 6 Dekabr 2019, 17:48 BMU-nun tələbəsi Azərbaycan üzrə birincilik qazanıb   6 Dekabr 2019, 17:46 Ağac əkimi Nəsimi ruhuna ehtiram, ekoloji tarazlığa töhfədir 6 Dekabr 2019, 17:38 Binəqədidə ağacəkmə aksiyası keçirilib - FOTO 6 Dekabr 2019, 17:34 Brüsseldə Avropa Parlamenti deputatlarının Qarabağa səfərinə ETİRAZ EDİLİB 6 Dekabr 2019, 17:33 Sosial xidmət layihələrində 1600-ə yaxın şəxs çalışır - Nazirlik 6 Dekabr 2019, 17:30 Nazim Bəydəmirli yenidən deputat olmaq niyyətindədir 6 Dekabr 2019, 17:27 MSK-dan növbədənkənar parlament seçkisi AÇIQLAMASI 6 Dekabr 2019, 17:10 Prezident və birinci xanım gənclərlə selfi çəkdirdilər - FOTOLAR 6 Dekabr 2019, 16:57
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?