Modern.az

Ramiz Mehdiyev “Şərəf” ordeni ilə təltif edildi

Ramiz Mehdiyev “Şərəf” ordeni ilə təltif edildi

17 Aprel 2013, 14:44


Azərbaycan Prezidenti İlham Əliyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə və dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə Ramiz Ənvər oğlu Mehdiyev "Şərəf" ordeni ilə təltif edilsin", - deyə Prezidentin Sərəncamında qeyd olunub.

Qeyd edək ki, bu gün, aprelin 17-də Ramiz Mehdiyevin 75 yaşı tamam olub.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir