Modern.az

Maşın kanala düşdü - Ata öldü, oğul yaralandı

Maşın kanala düşdü - Ata öldü, oğul yaralandı

Hadisə

18 Oktyabr 2022, 22:40

Hacıqabulda ata və övladının olduğu avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Abdulabad kəndidə qeydə alınıb.

 

Rayonun Kolanı kənd sakini, 1996-cı il təvəllüdlü Ağayev Azad Əlizamin oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtombil yoldan çıxaraq kanala aşıb. Nəticədə avtobildə olan sərnişin - sürücünün atası, Kolanı kənd sakini, 1958-ci il təvəllüdlü Ağayev Əlizamin Soltan oğlu avtomobilin içində boğularaq hadisə yerində ölüb.

 

Qəza zamanı xəsarət alan sürücü Şirvan xəstəxanasına yerləşdirlib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir