Modern.az

Depressiyadan necə çixmaq olar?

Depressiyadan necə çixmaq olar?

Aktual

18 Aprel 2013, 09:40

Depressiya XXI əsrin ən geniş yayılmış xəstəliklərindən hesab edilir. Depressiya affektiv hal olub mənfi emosional fonla, motivasiya sferasının dəyişməsi ilə xarakterizə olunur.

Son zamanlar hətta gənclər arasında da bu xəstəlik geniş yayılıb.

Psixoloq Aygün Rəhimova bildir ki, hər 100 gəncin 4 ündə ciddi depressiya əlamətləri müşahidə edilməkdədir: “Əlbəttə zaman-zaman hər kəs kədərli, ya da çətinliklər hiss edə bilər, amma əgər bunlar davamlı olrsa və bir çox sahələrdə problem yaşamanıza gətirib çıxarırsa, o zaman probleminiz depressiya ola bilər. Depressiyası olan bir adam, duyğularına məğlub olmuş, zəif, müvəffəqiyyətsiz ya da kifayət qədər səy sərf etməyən biri mənanı verir. Bəzən insanlar boşanma, iqtisadi problemlər, sevilən birinin ölümü, pis ev şərtləri, ya da sevgilisindən ayrılmaq kimi əhəmiyyətli hadisələrdən sonra depressiyaya girə bilər. Bəzən də ətrafda bir səbəb olmadan birdən depressiyaya girirlər. Əksər gənclər depressiyanın yaratdığı çətinliklərə qarşı başlarını dərdə salaraq reaksiya verərlər. Məktəbdə problem yaşamaq, pis qeydlər almaq; Ailə içində və yoldaşlar arasında problemlər, döyüşlər və mübahisələr yaşamaq kimi...Yalnız müalicəyə ehtiyacı olduğu təsəvvürü yaradır.

Depressiyanın əlamətləri:

Həyatdan zövq almamaq-insan əvvəl zövq aldığı, xoşbəxt olduğu bir işdən artıq zövq almaz hala gəlir.

Yorğunluq, əldən düşmə, enerji itkisi, hey uzanmaq, yatmaq istəyi. Çox tez yorulmaq, acı və çətinlik hissi.

Depressiyada yuxu pozğunluğu: yuxuya getməkdə çətinlik.

Həddən artıq küsəyənlik və romantiklik, tez ağlama, səbrsizlik, dözümsüzlük, tez əsəbiləşmə, hirslənmə, incidici olma.

İştaha, çəki itkisi, ya da həddindən artıq iştahla çəki alma. Özünə olan güvən hissinin itməsi, dəyərsizlik və işə yaramama düşüncələri. Keçməyən baş ağrıları, mədə-bağırsaq sistemi şikayətləri, müxtəlif bədən ağrıları, yanma hissi, istilik basmaları. Bəzən huşunu itirmə və sıxılma, ürək ağrıları və s.

Cinsi istəyin azalması, orqazm hissinin olmaması və s.

Həddindən artıq unutqanlıq, diqqət və konsentrasiya pozğunluğu, davamlı bədbəxtlik, pessimizm və ümidsizlik halı.

Sevdiklərini və sahib olduqlarını itirmə narahatlıqları və qorxuları, evin təmizlik işlərinə həddən artıq meyillik.

Depressiya əlamətlərindən biri də ya həddindən artıq dinə yönəlmə, ya da dindən və ibadətlərdən soyuma. Bəziləri evinə, iş yerinə qarşı soyuyur. Evini satmaq, iş yerini dəyişdirmək istər. Bu hallarda ən yaxşısı müalicənin nəticəsini gözləməkdir.

Hər bir şəxs depressiyaya düşə bilər. Depressiyadan çıxa bilmək üçün ilk növbədə depressiyanın nədən yarandığını bilmək lazımdır, bunu bildikdən sonra isə depressiyadan çıxmaq daha asan olur. Bu halda mütləq psixoloqlara müraciət etmək lazımdır. Artıq müasir cəmiyyətdə yaşayırıq, müasir insanlar isə öz problemlərini həll etməyə heç olmasa cəhd etməlidir.

Adətən bir çox pasiyentlər hospitalizasiya edilmir, sadəcə olaraq ambulator müalicə olunur. Bu zaman depressiyanın terapiyası müxtəlif istiqamətlərdə aparılır: farmakoterapiya, psixoterapiya, sosial terapiya və s.

Depressiyası olan insanların çoxuna professional bir psixoloq tərəfindən tətbiq olunan Psixoloji Məsləhətçilik ilə kömək edilə bilər. Geriyə qalanlara isə dərman müalicəsi və müalicə tətbiq olunur.
     Psixoloji Məsləhətçilik ya da Psixoterapiya, mütəxəssis bir psixoloq ilə adamın duygularını danışması deməkdir. Bu müddət içində psixoloq adamın əlaqələrində, düşüncələrində ya da davranışlarında depressiyaya gətirib çıxaran problemləri ortaya çıxarmasına və bu sahələrdə dəyişmələr etməsinə köməkçi olar.

Adətən depressiya nevrozlara gətirib çıxarır. Nevrozlar arasında nevrasteniya, isterik nevroz, nevrotik depressiya və sayrışan hallar nevrozu ayırd edilir.

Nevrasteniya – oyanıqlıq, əsəbilik, tez qıcıqlanma, sinir sisteminin yorulması və üzülməsi ilə özünü göstərir. Belə xəstələr ürəkdöyünmə, tərləmə, yuxu və iştahanın pozulması, əl və ayaqların soyuq olmasından şikayətlənir. Nevrozdan əziyyət çəkən insanlar temperatur dəyişikliklərinə, gur işıq və yüksək səslərə davamsızdır. Tez-tez baş ağrıları baş verir. Küsəyənlik, ağlağanlıq, özündən narazılıq xəstələrin əsas xüsusiyyətləridir. Tez ruhdan düşür, lakin tez də özlərinə gəlirlər.

İsterik nevroz yüksək özünətəlqinlə xarakterizə olunur. Çox vaxt xəstənin bədəni titrəyir, ətrafları keyiyir, yanır, əl və ayaqları zəifləyir, xəstə yeriyərkən səndələyir, bəzən kekələyir, dili tutulur. Əhvalı çox tez-tez dəyişir. Xəstələr diqqət mərkəzində olmaq, ətrafdakıların fikrini özlərinə yönəltmək üçün özlərini teatral və qeyri-təbii aparır.

Nevrotik depressiya sözübütöv, kompromisi xoşlamayan, hisslərini gizlədən insanlarda rast gəlinir. Depressiya özünü kədərlənmə, sevinc hissinin və aktivliyin azalması, yuxu pozğunluğu ilə göstərir. Xəstələr yuxuya çətinliklə getdiklərinə və gecə ərzində bir neçə dəfə oyandıqlarına görə səhər yorğun və əzgin olurlar. Lakin buna baxmayaraq, çox ağır xəstə olsalar da bu insanlar sabaha ümidlərini itirmir. Ailə problemlərindən qaçmaq üçün işə qapılırlar.

Sayrışan hallar nevrozu zamanı həyəcan, qorxu, əhvalın pisləşməsi ilə müşayiət olunan sayrışan fikirlər, ürəkdöyünmə, titrətmə, tərləmə kimi əlamətlər müşahidə olunur. Belə vəziyyətlər yorğunluğa da gətirib çıxarır. İfrat yorğunluğun ən çox təzahür edən simptomları - daim özünü pis hiss etmək, süstlük, zahiri görkəmin «pis» olması, hər bir yüngül fiziki, ya zehni əməkdən sonra tez yorulmaq, iştahanın olmaması, yuxunun pozulması və s. kimi əlamətlərdir.

İfrat yorğunluq xroniki xəstəlikləri şiddətləndirir və həmçinin orqanizmin xəstəlik törədicilərə qarşı müqavimətini azaldır. Xüsusən orqanizmdə fizioloji proseslərin pozulması daha təhlükəlidir. Belə olduqda bəzən istirahət də lazımi səmərəni vermir və bu, əsəbi-psixi yorğunluğa səbəb olur. Yalnız uzunmüddətli, lazımi səviyyədə təşkil edilmiş istirahət orqanizmin yenidən əsəbi-psixi tarazlığa qayıtmasına şərait yaradır.

Yorğunluğun bir forması da usanmadır. Bu çox vaxt maraqsız iş nəticəsində baş verir. Usanmanı ağırlaşdıran bir şərt də əməyin evdə və işdə pis təşkilidir.

Depressiyanı azaltmaq üçün evdə dazıtou otunun dəmləməsindən istifadə etmək tövsiyə olunur.

Gənclərdə baş verən nevroz halları və depressiya zamanı sedativ çayı və nevronat siropundan istifadə edilir. Ürək döyüntülərini normallaşdırır və sinir oyanıqlığını aradan götürür.

AZƏR SALEHLI

Azərbaycan Tibb Universitetinin tələbəsi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi