Modern.az

Azərbaycan əsgəri iki hərbçi yoldaşını yaraladı

Azərbaycan əsgəri iki hərbçi yoldaşını yaraladı

18 Aprel 2013, 10:29

Azərbaycan Ordusunun iki əsgəri yaralanıb. APA-nın məlumatına görə, hadisə Ağdamda qeydə alınıb.  

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri Səbuhi Osmanlının tabeliyindəki avtomat silahdan açılan atəş onun hərbçi yoldaşları - 1994-cü il təvəllüdlü Elşad Hətəmov və Mövlud Murtuzəliyevə dəyib. Nəticədə güllə yarası alan hər iki əsgər hospitala yerləşdirilib.

İlkin məlumata görə, hadisə əsgərin silahla ehtiyatsız davranması nəticəsində baş verib. 

Qeyd edək ki, E. Hətəmov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron, M. Murtuzəliyev isə Zaqatala rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıblar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?