Modern.az

Azərbaycanda vəzifəli şəxsi maşın VURDU

Azərbaycanda vəzifəli şəxsi maşın VURDU

Hadisə

20 Oktyabr 2022, 23:05

Şirvanda avtomobil 2 nəfəri vurub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhərinin H.Əliyev prospektində qeydə alınıb.

 

Belə ki, “VAZ-2107” markalı avtomobil yolu keçən Şirvan sakini, 1959-cu il təvəllüdlü Mehdixan Süleymanovu və daha bir nəfəri vurub. Ağır xəsarət alna M.Süleymanov Şirvan xəstəxanasına çatdırılıb. Digər piyada yüngül xəsarət alıb.

 

Qeyd edək ki, Mehdixan Süleymanov Şirvan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışır.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır