Modern.az

Çavuşoğludan Ermənistana önəmli ÇAĞIRIŞ

Çavuşoğludan Ermənistana önəmli ÇAĞIRIŞ

Aktual

22 Oktyabr 2022, 20:05

Ermənistan Azərbaycanla imzaladığı razılaşmalara əsasən, üzərinə götürdüyü öhdəlikləri icra etsə, bölgədə vacib aktorlardan biri olacaq.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

XİN başçısı Ermənistanı yaranmış fürsəti dəyərləndirməyə çağırıb.

 

“Orta Dəhlizin inkişaf etdirilməsi hər kəsin xeyrinədir. Ermənistan illərdir Azərbaycan torpaqlarını işğal edərək özünü təcrid edib. Azərbaycan torpaqlarını azad etdikdən sonra sülh fürsəti ortaya çıxıb və bunu dəyərləndirmək lazımdır”, - deyə türkiyəli nazir vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır