Modern.az

Macarıstan Rusiyanın müdafiəsinə QALXDI

Macarıstan Rusiyanın müdafiəsinə QALXDI

Aktual

23 Oktyabr 2022, 09:08

Macarıstan Avropa Birliyinin mavi yanacaqla bağlı Rusiyaya qarşı tətbiq edəcəyi növbəti sanksiyalara qarşı çıxacaq.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Viktor Orbanın ofisinin rəhbəri Gerqeley Quiyas deyib.

 

G. Quiyas bildirib ki, Qərbin Rusiyaya qarşı qaz sanksiyaları Ukrayna müharibəsinin xeyrinə deyil, əksinə Avropanın özünün ziyanına işləyəcək.

 

Macarıstan hökumət başçısının sözçüsü vurğulayıb ki, Budapeşt sanksiyaların qarşısını almaqda qərarlıdır və bu məsələdə öz prinsipial mövqeyini müdafiə edəcək.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat