Modern.az

Boksçularımız cəmi 2 medal qazandılar

Boksçularımız cəmi 2 medal qazandılar

Aktual

23 Oktyabr 2022, 10:09

Qadın boksçular arasında Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatına yekun vurulub.

 

Boks Federasiyasından Modern.az-a verilən məlumata görə, Azərbaycan millisi 30 ölkədən 154 boksçunun qatıldığı yarışı bir gümüş və bir bürünc medalla başa vurub.

 

Azərbaycan komandasının heyətində Aynur Rzayeva ikinci yeri tutub. +81 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü finalda ukraynalı Mariya Lovçinska ilə döyüşüb və rəqib qələbə qazandığından gümüş medalla kifayətlənib. Ondan öncə Anaxanım İsmayılova (50 kq) bürünc medala yiyələnib.

 

Qeyd edək ki, komanda Bakıya bu gün axşam saatlarında qayıdacaq.

Sizə yeni x var
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi