Modern.az

Zəlimxan Yaqubun əməliyyatı təxirə salındı

Zəlimxan Yaqubun əməliyyatı təxirə salındı

Aktual

19 Aprel 2013, 09:37


Səhhətində yaşanan problemlərə görə tez-tez Almaniyaya gedən xalq şairi Zəlimxan Yaqub müayinələri ilə bağlı Modern.az-a danışıb.

O bildirib ki, 4 gün olar ki, Almaniyadan vətənə qayıdıb. “Hazırda özümü yaxşı hiss edirəm. Almaniyadan yenicə qayıtmışam. Həkimlər yoxladılar, müayinədən keçirdilər. Axırda professorlar dedi ki, hər şey yaxşıdır və yaxşılığa doğru gedir. Bir də Almaniyaya müayinə üçün iyul ayının 15-də gedəcəyəm. Əməliyyat isə payız aylarına saxlandı”.

Qeyd edək ki, xalq şairi Zəlimxan Yaqub ötən ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı olunub və hər iki böyrəyi çıxarılıb. 

Şahanə Rəhimli  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir