Modern.az

İTV-nin Yayım Şurasının tərkibi dəyişdirildi

İTV-nin Yayım Şurasının tərkibi dəyişdirildi

19 Aprel 2013, 13:04


Milli Məclisin plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi ilə bağlı müzakirələr başa çatıb.

Modern.az  xəbər verir ki, Milli Məclis üzvləri İTV-nin Yayım Şurasının tərkibinə dəyişiklikləri təsdiq edib.

Qeyd edək ki, İTV-nin Yayım Şurasının tərkibinə İdman federasiyaları - Yusif Babanlı Boks Federasiyasının Təşkilat Komitəsinin sədri, Ağayeva Validə -Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə Yaradıcılılq Birliyinin rəhbəri, dini konfessiyalardan - QMİ sədrinin müşaviri Fuad Nurullayev, Alban-Udin xristian  dini icmasının sədri Robert Mobilinin nümayəndəliyi, yaradıcı Zemfira Qafarova, bəstəkarlar Rafiq Ələddinov – yazıçı Ziyadxan Əliyev, Babayev Şahin – Azərbaycan Jurnalistlər Birliyindən namizədlikləri irəli sürülüb.

 

Müzakirələrdən sonra səsvermə keçirilib. Hər 3 yerə seçkilər keçirilib. İdman federasiyaları tərəfindən verilən namizədlərdən Boks Federasiyasının təşkilat komitəsinin sədri Babanlı Yusif Məmməd oğlu, Dini konfessiyalar tərəfindən nəzərdə tutulan bir yerə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Nurullayev Fuad İzzət oğlu, Yaradıcılıq təşkilatları tərəfindən nəzərdə tutulan yerə isə Azərbaycan Bəstəkarlar İttifaqından Qafarova Zemfira Həsən qızı seçilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır