Modern.az

Hulusi Akardan Ermənistana ÇAĞIRIŞ - Təxribatlardan əl çəkin!

Hulusi Akardan Ermənistana ÇAĞIRIŞ - Təxribatlardan əl çəkin!

Dünya

25 Oktyabr 2022, 20:52

Xəbər verdiyimiz kimi, Azərbaycan müdafiə naziri Zakir Həsənov İstanbulda Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşüb.

 

Modern.az Türkiyə mediasına istinadən bildirir ki, görüş zamanı Akar iki ölkə arasındakı dostluq və qardaşlığın “Bir millət, iki dövlət” anlayışı ilə ən yüksək səviyyədə davam etdiyini vurğulayıb.

 

Türkiyəli nazir Ermənistanın təxribatlardan əl çəkməsinin, Azərbaycanla barışıq çərçivəsində sülh danışıqlarına və əməkdaşlığa diqqət yetirməsinin, uzadılmış sülh əlini tutmasının vacibliyini bildirib.

 

Akar qeyd edib ki, Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da azərbaycanlı qardaşları ilə bir birlikdə olacaq.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə