Modern.az

Saakaşvili aksiyaya qatıldı

Saakaşvili aksiyaya qatıldı

19 Aprel 2013, 18:45

 

Gürcüstan paytaxtında - parlamentin köhnə binasının qarşısında müxalifətdəki Vahid Milli Hərəkat Partiyasının mitinqi başlayıb. Modern.az gürcü mətbuatına istinadən bildirir ki, Gürcüstan prezidenti Mixail Saakaşvili də Tiflisdə Rustaveli prospektində Vahid Milli Hərəkat (VMH) partiyasının təşkil etdiyi aksiyada iştirak edib.

Prezidentin aksiyada iştirakı axırıncı dəqiqələrədək sual altında olub. Hətta dünən gecə prezidentin aksiyada iştirak etməyəcəyi də bildirilib. Məlumatda bildirilir ki, Aksiya iştirakçıları “Mişa! Mişa!” qışqıraraq alqış sədaları altında Saakaşvilini qarşılayıblar.

Qeyd edək ki, aksiyaya eyni zamanda VMH partiyasının lideri Vano Merabişvili, Tiflisin meri Qiqi Uqulava və keçmiş mədəniyyət naziri Nika Rurua da qatılıb.  

Elçin AĞAYEV

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir