Modern.az

Türkiyə səfirliyi müsabiqə iştirakçılarını mükafatlandırıb

Türkiyə səfirliyi müsabiqə iştirakçılarını mükafatlandırıb

19 Aprel 2013, 20:16

Dünən Park İNN hotelində Türkiyə Cümhuriyyəti Səfirliyinin Din Xidmətləri Müşavirliyinin təşkilatçılığı ilə Hz. Muhəmməd Peyğəmbərin doğum gününə həsr olunmuş “Peyğəmbərimiz və insan onuru” adı altında tədbir keçirilib.

Səfirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, tədbirdə Hz. Peyğəmbərimizin nümunəvi həyatında insanlığın onur və şərəfinə verdiyi dəyərləri özündə əks etdirən video rolik nümayiş etdirilib.

Tədbiri çıxış sözüylə açıq elan edən Türkiyə Cümhuriyyəti Səfirliyinin Din Xidmətləri Müşaviri Dr. Sadık Eraslan bütün qonaqları salamlayaraq Hz. Peyğəmbərin nümunəvi şəxsiyyətindən bəhs edib.  Dr. Sadık Eraslan eyni zamanda bu il Türkiyə Cümhuriyyəti Səfirliyinin Din Xidmətləri Müşavirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan Yazıçılar Birliyi və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı ilə ümumrespublika səviyyəsində keçirilən “Natı-Şərif” (Hz. Peyğəmbərə həsr olunmuş şeir) müsabiqəsinin əhəmiyyətindən söz açaraq bütün qaliblərə gələcək həyatlarında uğurlar arzulayıb.

Tədbirdə Türkiyə Cumhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri İsmail Alper Coşkun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Bakı İslam Universitetinin dekanı Fuad Nurullayev, Millət vəkili Qənirə Paşayeva, Türkiyə Diyanət İşləri Başkanlığının nümayəndəsi Prof.Dr. Yavuz Ünal və “Natı-Şərif” müsabiqəsinin münsiflər heyətinin sədri Əjdər Ol çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən bəhs ediblər.

Tədbirin sonunda “Natı-Şərif” (Hz. Peyğəmbərə həsr olunmuş şeir) müsabiqəsinin qalibləri mükafatlandırılmış və yemək süfrəsi açılıb.

Qeyd edək ki Natı-Şərif müsabiqəsinin mükafatlandırma siyahısı aşağıdakı kimidir:

 

Qaliblər:

1-ci yer:   Fərzəliyev Şahin (Fazil), Vaqif Cəbrayıllı (Bayatlı)

2-ci yer:  Dursun Çalışqan, Cabir Qasımov  (Savalan)

3-cü: Eldar Kərimov , Gulayə Rzayeva, Aişə Nəbi  

Fərqlənənlər: Nizami Musayev (Zöhrabi), Zahid Məmmədov  (Sarıtorpaq),  Hikmət Fərzəliyev və Ələmdar  Quliyev. 


Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi