Modern.az

Qobustanda "Nissan" aşıb - Ölən var

Qobustanda

Hadisə

27 Oktyabr 2022, 10:06

Oktyabrın 26-da saat 3 radələrində Qobustan rayonunun Cəngi kəndi ərazisində Abşeron rayon sakini X.Məmmədov idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Nəticədə avtomobildəki sərnişin Amil Mayılov hadisə yerində ölüb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?