Modern.az

Şura sədri Səid Cəlili prezidentliyə namizəd ola bilər

Şura sədri Səid Cəlili prezidentliyə namizəd ola bilər

20 Aprel 2013, 13:03

İran mətbuatı İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin də prezidentliyə namizəd olacağı haqqda məlumat yayıb. Məlumata əsasən, Modern.az bildirir ki, S. Cəlilinin seçki qərargahı seçkilər ərəfəsində fəaliyyətə başlayacaq.

S. Cəlilini xalqın müxtəlif təbəqələri, müdrik adamlar və şagirdlərin tələbi ilə prezidentliyə namizəd olacağı və onun öz fikrini də yaxın günlərdə bildirəcəyi məlumatlarda xüsusi ilə vurğulanır.

Qeyd edək ki, İranda prezident seçkiləri bu il iyunun 14-də keçiriləcək. S. Cəlilinin seçkilərə qatılacağı xəbəri əvvəllər inkar edilib.

 Elçin Ağayev

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir