Modern.az

Nazir Füzuli Ələkbərov şikayətləri araşdırıb

Nazir Füzuli Ələkbərov şikayətləri araşdırıb

20 Aprel 2013, 13:45

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern. az-a verilən məlumata görə bu gün nazir Füzuli Ələkbərov nazirlikdə Astara, Hacıqabul, Saatlı, Biləsuvar, habelə Bakının Nərimanov, Xətai, Sabunçu, Suraxanı, Xəzər rayonlarından və Sumqayıt şəhərindən olan 30 nəfərədək vətəndaş qəbul edib.

Müraciətlər araşdırılarkən ayrı-ayrı vətəndaşların ünvanlı sosial yardımların təyinatı, əlillik dərəcələrinin verilməsi və reabilitasiya vasitələri ilə təmin olunması, əmək hüquqlarının bərpası, məşğulluğun təminatı və s. məsələlərlə bağlı qanunvericilik barədə məlumatlılıq səviyyəsinin aşağı olduğu müəyyən olunub. Belə vətəndaşlara müraciətlərində qaldırılan məsələlərlə bağlı hüquqi izahatlar verilib. Eyni zamanda, bir sıra vətəndaşların zəruri sənədləri toplayaraq təqdim edə bilməmələrinə görə onlara ünvanlı yardım, yaxud əlillik təyinatının aparılmasının mümkün olmadığı, bu səbəbdən onların müxtəlif instansiyalara şikayət xarakterli müraciətlər ünvanladığı məlum olub. Şikayətlərin bir qismində əksini tapan narazılıqların əsaslı olduğu, yerli strukturların bəzi əməkdaşları tərəfindən bəzən vətəndaş müraciətlərinə biganə və səhlənkar münasibət göstərildiyi, belə halların, eyni zamanda bəzən vətəndaşa lazımı şəkildə izahat verilməməsinin vətəndaşlarda haqlı narazılıq yaratdığı müəyyən edilib.

 

 

Şahanə Rəhimli  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir