Modern.az

Paytaxtda mənzillər bahalaşıb

Paytaxtda mənzillər bahalaşıb

18 Sentyabr 2009, 16:42

Paytaxtın ilkin mənzil bazarında qiymətlər 0,4 faiz artıb. “Əmlak bazarı iştirakçıları” İctimai Birliyindən verilən məlumata görə, paytaxtda qiymət artımına rəğmən yeni tikilələrin sayı azalıb. Hazırda Bakı şəhərində 476 binanın (keçən ay 488 olub) tikintisi davam etdirilir. Həmin binaların inşası 172 tikinti təşkilatı tərəfindən aparılır. Əvvəlki ay 488 binanın tikintisi 177 tikinti şirkəti tərəfindən həyata keçirilirdi. Ən çox yeni tikili əvvəlki ayda olduğu kimi Yasamal rayonu ərazisində aparılır. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdəki mövqelərini qoruyurlar. Üç rayon üzrə tikintisi aparılan yeni binaların ümumi tikinti portfelindəki payı 64,9 faiz təşkil edir. Şəhər üzrə satış üçün təklif olunan mənzillərin orta qiymət artımı nisbətən ucuz olan binalarda qeydə alınıb. Qiymət artımı Yasamal rayonu üzrə 2,6 faiz, Nərimanov rayonu üzrə 1,8 faiz, Nizami rayonu üzrə isə 1 faiz olub. Azalma isə Səbail rayonunda 7 faiz, Suraxanı rayonu üzrə 6,6 faiz, Binəqədi rayonü üzrə 2,8 faiz, Nəsimi rayonü üzrə 0,1 faiz  qeydə alınıb. Qalan rayonlarda isə qiymətlər stabil qalıb. Bundan başqa nisbi artıma mövsümi amillərin də müəyyən təsirləri var. Şəhər üzrə tikintisi aparılan binalarda orta mənzil sahəsi keçən aydakı nəticədən (0,1 faiz) azalaraq 121,8 kvadrat metrə enib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi